Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:00

Nəqliyyat Nazirliyi gediş haqqının artırılması ilə bağlı müraciət edəcək


“İsuzu” markalı avtobus

“İsuzu” markalı avtobus

Nəqliyyat Nazirliyi Tarif Şurasına ictimai nəqliyyatda qiymət artımı ilə bağlı müraciət edəcək. Bu haqda APA-ya Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib. Bildirib ki, yeni və müasir avtobuslar gətirilirsə, gediş haqqının 20 qəpik olması özünü doğrulmaz:

“Bu gün Bakıda yeni və müasir tələblərə cavab verən avtobuslar istismara verilib. Bu maşınların hər biri böyük vəsait hesabına alınan nəqliyyat vasitələridir. Yəqin ki, 20 qəpik gediş haqqı bu gün özünü doğrultmayacaq”.

Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar Bakıya yeni avtobuslar gətirilib və sərnişinlərin xidmətinə verilib.

Yeni gətirilən 25 ədəd Türkiyə istehsalı “İsuzu” markalı avtobuslar 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan “Azneft” meydanı istiqamətində) hərəkət edirlər.

Digər 25 avtobus yaxın günlərdə 61 saylı marşrut üzrə xəttə buraxılacaq.

Müasir standartlara cavab verən nəqliyyat vasitələri 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir.

Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG