Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:28

"Şamaxıda seçkinin nəticələrinin ləğv edilmə təhlükəsi var"


Arxiv foto
Arxiv foto

“Şamaxının 1-ci Çaylı kəndində demokratik keçirilən bələdiyyə seçkisinin nəticələrinin ləğv edilmə təhlükəsi var”.

Bunu AzadlıqRadiosuna həmin bələdiyyə seçkisini qazanan və siyahıya liderlik edən Əzizbaba Fətullayev deyib. Onun sözlərinə görə, 85 saylı Şamaxı DSK-nın 24 saylı məntəqəsində 1-ci Çaylı kənd bələdiyyəsi üzrə seçkidə qalib gələn namizədlər rayon icra hakimiyyətinin seçilməsini istədiyi şəxslər olmayıb:

“Dünən səsvermə bitəndən sonra camaat seçki məntəqəsinin qarşısına toplaşdı, icra hakimiyyətinin nümayəndəsini, polisi kənarlaşdırdı ki, səslərin sayılmasına heç bir müdaxilə olmasın. İndi bizdə məlumat var ki, bu seçkinin nəticəsi ləğv edilə bilər. Guya məntəqə seçki komissiyası təzyiq altında bu protokolu imzalayıb. İndi camaat çox narahatdır”.

85 saylı Şamaxı DSK-nın sədri Hüseyn Rəcəbov AzadlıqRadiosuna bildirib ki, 24 saylı MSK-da seçki tam demokratik keçib və nəticələr də artıq Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib:

“24 saylı məntəqədə heç bir qanun pozuntusu qeydə alınmayıb. Namizədlər də dünən gəlib narahatlığını bildiriblər, bu gün də gəlib təşəkkür etdilər. Seçki Komissiyası sərbəst şəkildə, heç kimin təzyiqi olmadan səsləri sayıb, protokolu da tərtib edib.

85 saylı Şamaxı DSK-nın 24 saylı MSK-nın nəticəsinə görə, 170 səslə Əzizbaba Fətullayev liderlik edir. 1-ci Çaylı kənd bələdiyyəsinə 9 nəfər seçilib.

Seçki günü Əzizbaba Fətullayev AzadlıqRadiosuna bildirmişdi ki, seçkiyə müdaxilə olunur və seçicilər rayon rəhbərliyinin siyahısındakı namizədlərə səsverməyə təşviq edilir.

XS
SM
MD
LG