Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:13

Rublu xilas etməyə cəmi bir yol var. Ancaq bu yol Rusiyada indiyədək heç vaxt işləməyib.

Rusiya şirkətlərinin səhmlərinin reytinqi “zibil” səviyyəsinə düşə bilər.

Sony Pictures-ə Şimali Koreya hakerlərinin hücumu 7 il əvvəl Estoniyaya haker hücumunu xatırladır.

Dünya mediasıbu gün nədən yazır?

John Hopkins universitetinin professoru Olivier Jeanın Financial Times qəzetində dərc olunan məqaləsində deyilir ki, rublu xilas etmək üçün Putinin cəmi bir yolu qalır. Putin bu yolu ağılla getməlidir.

Professor yazır ki, bu üsul – kapitala nəzarətdir.

Rubla kömək üçünPutinin 4 vasitəsi var-rublun zəifləməyinə imkan vermək, bank faizini qaldırmaq, valyuta ehtiyatlarını satmaq və kapitala nəzarət.

Birinci 3 vasitədən Putin istifadə edib. Qalır kapitalın hərəkətinə nəzarət. Ancaq bu, Rusiyada işləyəcəkmi?

Kapitala nəzarətin prinsipi asandır- ölkənin iqtisadiyyatından öz pulunu çıxarmaq istəyən investorlara çox yüksək haqq qoyurlar ki, pullarını çıxartmaq onlara səsrf etməsin.Ancaq bundan əvvəlki böhranların hamısındaRusiyada investorlar üsullar tapıb, kapitalı ölkədən çıxarda bilirdilər.

Beynəlxalqq Valyuta Fondunun bu yaxınlarda şap olunan araşdırmasına görə, keçid iqtisadiyyatlı37 ölkədə kapitala nəzarət həyata keçirilib, əksəriyyətində bunu edə bilməyivblər.

Professor yazır ki, Rusiyada kapitala nəzarət yalnız o vaxt işləyə bilər ki, bununla yanaşı hökumət böhrana gətirən səbəbləri aradan qaldıracaq iqtisadi planını elan etsin və bu plana əsas oyunçuların etimadı olsun.

Müəllif sonda yazır ki, bu planın iki vacib tərkib hissəsi olmalıdır- neftin uzun müddətli aşağı qiymətinə hazırlıq və Qərbin öz sanksiyalarını ləğv ertməsi üçün atılacaq addımlar.

SƏHMLƏR “ZİBİL” KAĞIZINA ÇEVRİLƏCƏK

Times qəzeti yazır ki, Standard and Poor reytinq agentliyi bu yaxınlarda Rusiyanın suveren, yəni dövlət reytinqlərinə yenidən baxmaq qərarını verib. Xarici valyuta ilə Rusiyanın borc ala bilmə reytinqi aşağı salına bilər. Proqnoz mənfi olaraq qalır.

Risklərin nə qədər yüksək olduğunu banklararası kreditlərin vəziyyəti də göstərir. Hazırda Rusiya bankları bir-birlərinə kredit vermək istəmirlər.

Bu o deməkdir ki, Rusiyanın suveren reytinqi “zibil” səviyyəsinə salına bilər. Standard and Poor bildirir ki, reytinqə yenidən baxmağa vadar edən Rusiya iqtisadiyyatındakı çətinliklərin maliyyə sektoruna təsir göstərməsidir.

Moody reytinq agentliyi isə Rusiyanın ən böyük şirkətlərinin reytinqini aşağı salmaq istəyir. Moody-nin reytinqini azaltmaq istədiyi şirkətlər arasındaSberbank, VTB kimi ən böyük banklar da var.

SONY-YƏ HÜCUM ESTONİYAYA HÜCUMU XATIRLADIR

Guardian qəzeti yazır ki, Sony Pictures Şimali Koreya liderinin öldürülməsi haqda komediya çəkdi, koreyalı hakerlər Sony Pictures-ə haker hücumuna keçdi, bu qalmaqalın ortasında isə Putin Şimali Koreya liderini Rusiyaya dəvət edir.

Qəzet yazır ki, bu hadisələr 2007-ci ildə Estoniyaya

kiberhücumu xatırladır. O vaxt Tallində sovet əsgərinə heykəli bir yerdən başqa yerə köçürmüşdülər. Bu, rusdillililərin və Rusiya hakimiyyətinin böyük narazılığını doğurmuşdiu.

Guardianın fikrincə, Estoniyaya haker hücumla indi Sony Pictures-ə hücum arasında çox böyük oxşarlıqlar var.

Hazırda Şimali Koreya ittiham olunur ki, bu ölkə kiber şantajla filmin ABŞ-da göstərilməsini senzura etmək istəyir.

2007-ci ildə isə Rusiya ittiham olunurdu ki, kiberhücumla qonşu dövləti şantaj edir. Şantaj edir ki, sovet tarixini burda saxlaya bilsin.

Estoniyaya hücumda bir neçə nazirliyin işi iflic edildi. Sony-yə hücum da bir şirkətə hücum deyil, bütünlükləHollywood təhlükə altına düşüb. Hollywood dünyaya təsirinə görə, Amerikanın “jumşaq” gücü hesab olunur.

Qəzet yazır ki,kiber hücumları təşkil edənlərin bir üstünlüyü var- onlar öz hərəkətlərinə görə məsuliyyəti inkar edə bilərlər. Onların strategiyasırəqibi geri çəkilməyə vadar etmək və bu zaman hücuma görə məsuliyyət daşımamaqdır. Qəzet yazır ki, bu strategiyanı Çin filosofu Sun Tzu hərbi sənətin ən yüksək səviyyəsi adlandırırdı- hərbi əməliyyatsız rəqibi əzmək.

Şimali Koreya Sony-yə hücumu inkar edir. AncaqRusiya da bir ildir deyir ki,Ukraynada hərbi əməliyyatlara heç bir dəxli yoxdur. Moskva öz hərbi əməlyyatlarını oyuncaq fuqurlarla pərdələyir. Şimali Koreya dahakerlər ordusundan istifadə edir. Onları müəyyənləşdirmək mümkün deyil.

Qəzet yazır ki, dünyada hibrid müharibələr və hücumlar erası başlanıb. Təsadüfi deyil ki, Şimali Koreyanın haker hücumu qalmaqalı qızışan vaxt Putin Şimali Koreya liderini Rusiyaya dəvət edir. Onlar görüşsələr, danışmağa mövzuları var.

Onlar öz strategiyalarını müqayisə edəcəklər və Çin filosofu Sun Tzu-dan danışacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG