Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:04

ABŞ-ın keçmiş prezidenti George H.W. Bush xəstəxanaya yerləşdirilib


Ata George H.W. Bush və oğlu George W. Bush

Ata George H.W. Bush və oğlu George W. Bush

-

ABŞ-ın keçmiş prezidenti George H.W. Bush Texasda xəstəxanaya yerləşdirilib.

Sözçüsü Jim McGrath deyib ki, 90 yaşlı keçmiş ölkə başçısı dekabrın 23-də axşam nəfəs darlığından əziyyət çəkdiyinə görə xəstəxanaya aparılıb.

McGrathin dediyinə görə, Bush Hyuston xəstəxanasına yerləşdirilib: «Hər ehtimala qarşı həkim nəzarətindən keçirilir» – deyə əlavə edib.

Bush bronxlarında yaranan problemlərə görə iki ay xəstəxanada yatmışdı, 2013-cü ilin yanvarında evə buraxılmışdı. Bu ilin noyabrında Texasda keçmiş prezident oğlu George W. Bushla birlikdə tədbirlərin birində əlil kreslosunda görünmüşdü, artıq gəzə bilmirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG