Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:10

-

Pakistanın siyasi və hərbi liderləri bir araya toplaşırlar. Məqsəd terrorizmlə mübarizədə yeni milli plan üzərində işləməkdir.

Baş nazir Nawaz Sharifin çağırışı ilə siyasi partiya rəhbərləri, ordu və kəşfiyyat liderləri paytaxt İslamabadda bir araya gəlirlər.

Belə bir görüş Peşəvərdə talibanın 136 məktəblini qətlə yetirməsindən bir həftə sonraya təsadüf edir. Ümumilikdə 148 nəfərin qətli ilə nəticələnən bu terror olayı ölkə tarixində ən dəhşətli hadisə hesab olunur.

Nawaz Sharif artıq «sərt tədbirlər» görməyin vaxtı çatdığını bəyan edib.

Görüşdə talibana qarşı hərbi, administrativ və qanuni ölçülərin dartılaşacağı gözlənir.

XS
SM
MD
LG