Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:05

Minskdə Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparılacaq


Petro Poroshenko şərqi Ukraynadakı hərbçiləri salamlayır

Petro Poroshenko şərqi Ukraynadakı hərbçiləri salamlayır

Ukraynanin şərqində münaqişəyə son qoymasıyla bağlı üçtərəfli danışıqlar bu gün – dekabrın 24-də Minskdə baş tutmalıdır. Növbəti görüş isə beşinci günə – dekabrın 26-a planlaşdırılır. Bu barədə Ukrayna prezidenti Petro Poroshenko məlumat verib.

Görüşdə əsas müzakirə mövzusu hər tərəfdən atəşə son qoyulması, ağır texnikanın çıxarılması, əsirlərin dəyişdirilməsi, separatçıların nəzarətində olan ərazilərə humanitar yardımların çatdırılmasıdır.

Özünü milli respblika elan edən Donesk nümayəndələri artıq Minskdədirlər. Amma hələ ki onların üçtərəfli (Ukrayna, Rusiyayönlü separatçılar və ATƏT təmsilçiləri) danışıqlara rəsmən dəvət olunmaları barədə dəqiq məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG