Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:40

Diktatoru məsxərəyə qoyan filmin nümayişinə icazə verildi


ABŞ - "İntervyu" filminin posteri

ABŞ - "İntervyu" filminin posteri

-

Sony Pictures şirkəti Şimali Koreya liderini məsxərəyə qoyan “Müsahibə” komediya filminin ABŞ-ın bir neçə kinoteatrında göstərilməsinə razılıq verib.

Bundan əvvəl şirkət Şimali Koreya ilə bağlı olduqları güman edilən hakerlərdən təhdidlər aldıqdan sonra filmin Milad nümayişini ləğv etmişdi.

Prezident Barack Obama Sony Pictures şirkətinin bu hərəkətindən razı qalmadığını bildirmişdi. O demişdi ki, ABŞ şirkətinin haradasa bir diktatordan qorxub özü senzura etməsi pis presedent yaradır.

Ağ Ev Sony Pictures şirkətinin son qərarını alqışlayıb.

“Sony-nin qərarı adamlara öz seçimlərini etmək imkanı yaradır” – deyib prezidentin sözçüsü Eric Schultz.

Respublikaçı və demokrat konqresmenlər də Sony-nin qərarından razılıq ifadə ediblər.

Bundan əvvəl onlar filmin lazım gələrsə, Konqresdə və Ağ Evdə nümayiş etdiriləcəyini demişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG