Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:46

Avropa İttifaqının prezidenti Erdoğanı ədliyyə prosesinə hörmətə dəvət edib


Avropa İttifaqının prezidenti Donald Tusk.
Avropa İttifaqının prezidenti Donald Tusk.

Avropa İttifaqının prezidenti Donald Tusk Türkiyənin dövlət başçısı Recep Tayyip Erdoğanı ötən həftə həbs olunmuş media nümayəndələrinin ədalətli mühakiməsini təmin etməyə çağırıb.

Diplomatik dildə yazılmış bəyanatda bildirilir ki, Polşanın keçnmiş baş naziri və Erdoğan telefon söhbətində münasibətlərin yaxşılaşdırılması yollarını müzakirə ediblər.

O, Suriya qaçqınlarına göstərilən qayğı üçün Türkiyəyə Avropa İttifaqının təşəkkürünü yetirib.

Bununla yanaşı, cənab Tusk jurnalistlərin həbsi ilə bağlı narahatlıqlarını da dilə gətirib.

O mətbuat üçün bəyanatında bildirib ki, tərəflər bu məsələ ətrafında fikir mübadiləsi barədə razılığa gəliblər.

Təhlilçilər Tuskun telefon zəngini Erdoğanın keçən həftə etdiyi çıxışı ilə əlaqələndirirlər.

Həmin çıxışında Brüsseli sərt tənqid edən Erdoğan Avropanı Türkiyənin daxili işlərinə qarışmamağa çağırmışdı.

Türkiyə polisinin dekabrın 14-də keçirdiyi reyd əsnasında 24 nəfər həbs olunuib. Onların arasında Samanyolu telekanalının rəhbəri və “Zaman” qəzetinin redaktoru da olub.

Dekabrın 19-da Türkiyə məhkəməsi ABŞ-da yaşayan vaiz Fethullah Gülen-in həbsi üçün order verib.

XS
SM
MD
LG