Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:16

Əlcəzairin Müdafiə Nazirliyinin verdiyi məlumata görə Fransa turisti Herve Gourdel-in başını kəsmiş cihadçı qruplaşmanın lideri öldürülüb.

Abdelmalek Gouri və onun iki yoldaşı bazar ertəsi İsser şəhərində öldürülüblər.

Cünd əi-Xilafə (Xilafətin qoşunu) adlı qruplaşma sentyabrın ortalarında İslam Dövlətinin tabeçiliyini qəbul etdiyini bildirmişdi.

Elə həmin günlərdə qruplaşma Curcura dağlarında turist Gourdel-i girov götürmüş və Fransanın hava reydlərinə qoşulmasına etiraz olaraq edam etmişdi.

Xəbər verilir ki, Əlcəzair hökuməti yaraqlıların hərəkəti barədə kəşfiyyat məlumatı aldıqdan sonra onların məhv edilməsinə hesablanmış əməiyyata başlayıb.

Ötən həftə Əlcəzair ordusu ölkənin dağlıq ərazilərində daha 5 yaraqlını məhv etdiyini xəbər vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG