Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:49


Amerika fond bazarında 30 ən iri şirkətin səhmlərinin qiyməti olan Dow Jones indeksi dekabrın 23-də yeni rekorda imza atıb, tarixdə ilk dəfə olaraq 18 min punktu keçib.

Bu ilin əvvəlindən bu yana bu indeks artıq 36 dəfə rekord vurub. Ötən gün 50 aparıcı ABŞ, şirkətinin səhmlərinin qiyməti olan digər mühüm bir indeks - Standard & Poor's da tarixində ən yüksək göstəriciyə çatıb. Bu, onun buil 51-ci rekordudur.

Şərhçilərin dediyinə görə, bu cür dəyişikliyə səbəb ABŞ hökumətinin açıqladığı faktlar olub. Açıqlamada bildirilir ki, ölkədə üçüncü kvartal üzrə istehsalat çox müsbət proqnozlar verməyə imkan yaradır, çünki göstəricilər son 11 ilin ən yaxşı göstəriciləridir.

Ekspertlər istisna etmirlər ki, 2015-ci ildə Dow Jones indeksi hətta 19, 20 min punktu da keçə bilər. Şərhçilər onu da deyirlər ki, öz özlüyünd bu rəqəmlər sadəcə olduqca çox psixoloji təsirə malikdirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG