Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:48

Ukrayna bloklara qoşulmamaq statusundan imtina etdi


Ukrayna bloklara qoşulmamaq statusundan imtina etdi. Dekabrın 23-də müvafiq qanun layihəsini Ali Rada qəbul etdi. Qanun Ukraynanın NATO-ya üzvlüyünü məqsəd kimi qoyur.

Qanun layihəsini prezident Poroshenko irəli sürmüşdü. O bildirir ki, 2010-cu ildə Ukraynanın NATO-ya daxil olmaqdan imtina etmə qərarı ən böyük səhv idi.

Ukraynanın bloklara qoşulmama statusu 2010-cu ildə o vaxtki prezident Yanukovich dövründə müəyyən olunmuşdu.

Ukraynanın bloklara qoşulmama statusundan imtina etməsi Rusiyaya qarşı “qeyri-dost hərəkəti”dir.

Bunu Rusiyanın ATƏT-dəki təmsilçisi Andrey Kelin deyib. O bildirib ki, Rusiya Ukraynanın qəbul etdiyi qərara mənfi münasibətdədir.

Radanın toplantısı ərəfəsi Rusiyanın baş naziri Medevedev Facebookda yazır ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanskiyaları və Ukraynaın bloklara qoşulmama statusundan imtina etməsi Rusiya-ABŞ münasibətlərini “on illərlə zəhərləyəcək”. Bunların "olduqca mənfi nəticələri olacaq".

Medvedev yazır ki, Ukraynanın NATO-ya qoşulmaq müraciəti verməsi Ukraynanı Rusiyanın potensial hərbi rəqibinə çevirir.

XS
SM
MD
LG