Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:50

«YAP-dan olan namizəd Belarusda yaşayır və bugünkü seçkiyə qatılmayıb»


Arxiv foto

Arxiv foto

-

82 saylı Ağcabədi DSK-nn Təzəkənd bələdiyyəsinə namizəd, hakim Yeni Azərbaycan Partiyasının üzvü Kərim Cəfərov AzadlıqRadiosuna bildirib ki, namizədlər arasında 3-4 ildir Belarusda yaşayan şəxs də var:

«Aynura Muxtarova adlı bir şəxsi namizəd kimi qeydə alıblar, indi də ona səs yığırlar. Halbuki, həmin qadın bir neçə ildir ki, ailəsi ilə birgə Belarusa köçüb. Hazırda seçki günüdür, amma Aynura xanım kənddə yoxdur. O əvvəl bələdiyyə üzvü olub, indi də bütün sənədləşmə onun adından aparılıb».

Kərim Cəfərov bununla bağlı MSK-nın qaynar xəttinə də məlumat verdiyini söylədi. 82 saylı Ağcabədi DSK-nın sədri Nadir Qürbətov Təzəkənd bələdiyyəsi üzrə belə bir namizədləri olduğunu təsdiqlədi. Dedi ki, Aynura Muxtarova həkimdir, YAP üzvüdür və seçkidə iştirak edir. Nadir Qürbətov Muxtarovanın bir neçə ildir Azərbaycanda olmadığı ittihamını qəbul etmir:

«Əgər üç-dörd ildir burda yoxdursa, namizədliyini necə verib?»

AzadlıqRadiosu Təzəkənd bələdiyyəsinin keçmiş sədri Kamilə Qasımova ilə əlaqə saxlayıb və bələdiyyə üzvü olmuş Aynura Muxtarova ilə danışmaq istədiyini bildirsə də, Kamilə Qasımova səbəbini göstərmədən bundan imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG