Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:27

Müsavat Partiyası: «Məntəqəyə 37 nəfər seçici gəlib, 250 nəfərin səs verdiyi rəsmiləşdirilib»


Arxiv foto

Arxiv foto

-

Müsavat Partiyasının Seçki Qərargahına saat 1-dək daxil olan seçki pozuntuları haqda məlumat yayıb. Partiya üzvləri aşağıdakı pozuntuları aşkarlayıblar:

- Mingəçevirdə bütün dövlət təşkilatlarının işçiləri qeydiyyatda olub-olmamalarından asılı olmayaraq müxtəlif məntəqələrdə səs verirlər.

- Yasamal rayonu ərazisindəki 13 saylı məktəbdə yerləşən 12 saylı seçki məntəqəsində foto-video müşahidə aparan jurnalistləri məntəqə seçki komissiyasının üzvləri kobudluqla məntəqədən uzaqlaşdırıblar.

- 9 saylı Binəqədi II DSK-nın 13 saylı seçki məntəqəsindən Arif Bağırzadənin verdiyi məlumata görə, seçki qutularına topa bülletenlər atılır. Saat 12.00-dək 250 nəfərin səs verdiyi rəsmiləşdirilib. Faktiki səs verməyə gələnlərsə 37 nəfər olub.

- 9 saylı Binəqədi II DSK-nın 14 saylı məntəqəsindən Arif Bağırzadənin verdiyi məlumata görə, müşahidəçilərin seçkini müşahidə etməsinə imkan verilmir.

- 9 saylı Binəqədi II DSK-nın 16 saylı məntəqəsindən Elman Fəttahın verdiyi məlumata görə, məntəqə seçki komissiyasının sədri «Yeni Müsavat» qəzetinin müxbiri Cavanşir Abbaslını və bələdiyyə üzvlüyünə namizəd Şamil Beydullanı seçkini müşahidə hüquqları olmadığı əsası ilə məntəqədən kənarlaşdırıb.

- 47 saylı Mingəçevir II DSK-nın 1, 2, 4, 5, 7 və 8 saylı məntəqələrindən Nurəddin Rüstəmli bildirib ki, seçicilərə məntəqə seçki komissiyasının üzvləri topa bülletenlər verir və onlardan bu bülletenləri seçki qutularına atmalarını istəyirlər. Seçicilər də bu işi həyata keçirirlər. Məntəqə seçki komissiyasının sədrinə bu barədə edilən xəbərdarlığa heç bir əhəmiyyət verilmir.

- 47 saylı Mingəçevir DSK-nın 21 saylı məntəqəsindən Nurəddin Rüstəmlinin verdiyi digər məlumat qeydiyyatsız səs vermə halları ilə bağlıdır. Beləki, Mingəçevirdə bütün dövlət təşkilatlarının işçiləri qeydiyyatda olmadıqları halda səs verirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG