Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:58

Səfirlik: «Öyüd-nəsihət vermək əvəzinə əyani nümunə göstərin».


Foto: Arxiv

Foto: Arxiv

-

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov «The Washington Post» qəzetində Azərbaycanla bağlı dərc olunanlara münasibət bildirib.

M.Talıbovun cavab şərhi elə həmin qəzetdə dərc olunub.

Cavab şərhində qeyd edilir ki, bu nəşr oxuculara Azərbaycanın sanballı uğurları, ABŞ ilə Azərbaycan arasında davamlı tərəfdaşlıq barədə məlumat vermir. Diplomat yazır ki, dekabrın 12-də bu qəzetdə dərc edilmiş «Xəzərdə antiutopiya» sərlövhəli məqalədə deyilənlərə rəğmən, bu gün Azərbaycan xalqı çoxəsrlik arzusunu həyata keçirir – çiçəklənən, sabit, azad və həqiqətən müstəqil dövlət qurur.

Müəllif yazır: «Jurnalist Xədicə İsmayılovanın işi Azərbaycanın hüquq sistemi tərəfindən araşdırılır. Birləşmiş Ştatlarda baş verən son hadisələr göstərdi ki, məhkəmə sisteminin qərarları heç də həmişə uğurlu olmur və bəzi hallarda kütləvi nümayişlərə səbəb olur. İstənilən halda həm Azərbaycanda, həm də Birləşmiş Ştatlarda hər kəs bu prosesə hörmətlə yanaşmalı və bütün vətəndaşlar, o cümlədən jurnalistlər də öz ölkəsinin qanunları qarşısında bərabər olmalıdır».

M.Talıbov yazır ki, insan hüquqlarının və demokratiyanın lazımi şəkildə təşviq olunması üçün tərəflərdən biri digərinə öyüd-nəsihət vermək əvəzinə əyani nümunə göstərməlidir. Birləşmiş Ştatlar öz dostlarına, o cümlədən, Azərbaycana münasibətdə bu cür hərəkət etməlidir. Yaxşı olardı ki, Azərbaycanda erməni işğalı nəticəsində doğma yurdlarından qovulmuş yüz minlərlə məcburi köçkünün qeydinə qalsınlar. Bu halda dialoq daha inandırıcı olardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG