Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:05

Ali Rada bu gün Ukraynanın blokdankənar statusunun ləğvinə dair qanun layihəsinə baxacaq.

Deputatlara Ukraynanın blokdankənar statusunun ləğvini nəzərdə tutan dörd sənədi müzakirəyə çıxarmaq təklif olunur. Onların arasında dekabrın 18-də parlamentdə qeydə alınan prezident Petro Poroshenkonun da qanun layihəsi var.

Ali radanın müvafiq komitəsi ölkə başçısının qanun layihəsini dəstəkləyib. Komitənin üzvləri bildiriblər ki, Poroshenkonun təklifi Ukraynanın milli maraqlarına cavab verir. “Milli Fond” fraksiyasının təmsilçiləri də öz növbəsində öz qanun layihələrini geri götürəcəklərini bildiriblər.

Ukraynanın hər hansı hərbi-siyasi əlaqələrdə iştirakının, o cümlədən NATO-ya qoşulmağının qarşısını alan qanun Ali Rada tərəfindən 1 iyul 2010-cu ildə qəbul olunub.

XS
SM
MD
LG