Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:35

12 saylı seçki dairəsində seçicilər aktiv deyil


12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 20 saylı seçki məntəqəsində 9:35-ə olan məlumata görə, təxminən 140 nəfər seçici səsvermədə iştirak edib. Bu barədə məlumatı AzadlıqRadiosunun əməkdaşına məntəqə sədri verib.

Bu dairənin 19 saylı məntəqəsində isə həmin saata olan nəticəyə görə, 10 nəfər səsvermədə iştirak edib.

AzadlıqRadiosunun əməkdaşı hər iki məntəqədə olduğu müddətdə (08:00 – 09:40) seçici aktivliyi müşahidə etməyib.

14 saylı Xəzər seçki dairəsinin 19 saylı seçki məntəqəsində olan müxbirin verdiyi məlumata görə, həmin məntəqədə seyrək də olsa seçicilər səsvermədə iştirak edirlər, saat 10:20-ə olan məlumata görə 30-35 nəfər səsverməyə qatılıb.

Müşahidəçilərin oturduğu yerdən səsvermə kabinələrini müşahidə etmək mümkün olmasa da, buna görə etirazini bildirən olmayıb.

XS
SM
MD
LG