Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:41

Dövlət büdcəsi və ehtiyac meyarı təsdiqləndi



Prezident İlham Əliyev 2015-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

2015-ci il dövlət büdcəsinin gəlirləri 19 438 000,0 min manat, xərcləri 21 100 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 18 603 462,0 min manat, yerli gəlirləri 834 538,0 min manat, mərkəzləşdirilmiş xərcləri 19 446 050,0 min manat, yerli xərcləri 1 653 950,0 min manat) məbləğində təsdiq edilib.

Prezident İlham Əliyev 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu da təsdiqləyib. Qanunda deyilir ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG