Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:21

Naxçıvanda əmək yarmarkaları keçirilir


Oktyabrın 16-dan başlayan yarmarkalar noyabrın əvvəllərinə kimi hər rayonda bir dəfə keçiriləcək. Ordubad rayonunda keçirilən ilk yarmarkaya 15 təşkilatdan 150 boş iş yeri çıxarılmışdı. Rayon Məşğulluq Mərkəzinin rəhbəri Etibar Əliyevin məlumatına görə, müəssisələrin 10-u dövlət, 5-i isə özəl sektora aid olub. İşaxtaranlar isə daha çox özəl müəssisələrin təklif etdikləri boş iş yerlərinə maraq göstəriblər.


Yarmarkada 21 nəfər daimi iş tapa bilib, 60 nəfər isə pulu ödənilən ictimai işlərə cəlb edilib.


Naxçıvanda bu ilin aprel ayında da əmək yarmarkaları keçirilmişdi. MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin yarmarkalara 130 təşkilat ümumilikdə 1430 boş iş yeri çıxarmışdı.


Yarmarkalarda təxminən 3165 iş axtaran vətəndaş iştirak edib. Onlardan yalnız 196-sı özünə daimi iş yeri tapa bilib. 45 nəfər isə haqqıödənilən ictimai işlərə cəlb edilib.


XS
SM
MD
LG