Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:58

Naxçıvanda 1453 bələdiyyə üzvlüyünə 2149 nəfər iddiaçıdır


Arxiv foto
Arxiv foto

-

Naxçıvanda 1453 bələdiyyə üzvlüyünə 2149 nəfər iddiaçıdır. «Şərq qapısı» qəzetinin məlumatına görə, seçkilərdə iştirak etmək üçün müraciət edən 2 min 179 nəfərdən cəmi 30-nun namizədliyi qeydə alınmayıb.

Seçkilərdə 8 siyasi partiyanın namizədləri və bitərəflər mübarizə aparacaq.

Naxçıvan Muxtar Respublika MSK-nın məlumatına görə, iştirakçıların böyük əksəriyyəti – 1583 nəfəri YAP-ın namizədidir. BQP 80 , BAXCP 75, ASRP 36, AVP 6, VHP 2, MDPH 1, «Ümid» partiyası isə 3 namizədlə seçkiyə qatılır. Namizədlərdən 363 nəfəri bitərəfdir.

Seçkilər muxtar respublika üzrə 7 dairə və 292 seçki məntəqəsini əhatə edəcək. Muxtar respublikada seçicilərin sayı 266 min 857 nəfərdir. Bunlardan 132 min 714-ü qadındır.

Dekabrın 23-də Azərbaycanda Bələdiyyə seçkiləri keçiriləcək.

XS
SM
MD
LG