Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:56

Facebook və Twitter Navalny tərəfdarlarının səhifələrini bağlamadı


Facebook və Twitter Kremlin qatı tənqidçisi, bloqqer Aleksei Navalnyny-nın tərəfdarlarının səhifələrini bağlamaqdan imtina edib. Bundan əvvəl hakimiyyət hədələyirdi ki, əks halda, Facebook və Twitter-in Rusiya ərazisinə çıxışı tam bağlana bilər.

Müxalifətin Dojd televiziyasının məlumatına görə, sosial şəbəkələr öz istifadəçilərinə xəbərdarlıq göndərəcəklər, ancaq Roskomnadzorun qadağan etdiyi materialı öz səhifəsindən çıxarmaynaların hesablarıbağlanmaycaq.

Həftəsonu Roskomnadzor Baş prokurorluğun tələbi ilə Aleksei Navalny-ya dəstək qrupunun səhifəsini bağladı.

Məlumatda deyilirdi ki, bu qrup icazəsiz kütləvi aksiyaya çağırır.

Aleksei və Oleq Navalny qardaşları Fransanın Yves Roche şirkətindən 30 milyon rubl mənimsəməkdə ittiham olunurlar. Navalny cümə günü məhkəmədə son sözünü deyəndə bildirdi ki, ittihamın siyasi motivləri var.

Məhkəmənin qərarı yanvarın 15-də verilməlidir.

XS
SM
MD
LG