Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:19

Facebook və Twitter Navalny tərəfdarlarına dəstək verir


Aleksei Navalny

Aleksei Navalny

-

Facebook və Twitter Kremlin qatı tənqidçisi, bloqqer Aleksei Navalny-nın tərəfdarlarının səhifələrini bağlamaqdan imtina edib. Bundan əvvəl hakimiyyət hədələyirdi ki, əks halda, Facebook və Twitter-in Rusiya ərazisinə çıxışı tam bağlana bilər.

Müxalifətin Dojd televiziyasının məlumatına görə, sosial şəbəkələr öz istifadəçilərinə xəbərdarlıq göndərəcəklər, ancaq Roskomnadzorun qadağan etdiyi materialı öz səhifəsindən çıxarmaynaların hesablarıbağlanmaycaq.

Həftəsonu Roskomnadzor Baş prokurorluğun tələbi ilə Aleksei Navalny-ya dəstək qrupunun səhifəsini bağladı.

Məlumatda deyilirdi ki, bu qrup icazəsiz kütləvi aksiyaya çağırır.

Blok olunan vaxt qrupda 10 min adam var idi.

Vkontakte saytının keçmiş texniki direktoru Durov deyib ki, Roskomnadzordan onlara da 50-dən çox məktub gəlib. Həmin məktublarda Navalny-nın adı çəkilən hadisələr, qruplar olan səhifələri yığışdırmaq tələb olunur.

Roskomnadzor bu tələbini məhkəməqabağı saytların blok olunması haqda qanunla izah edir.

Aleksei və Oleq Navalny qardaşları Fransanın Yves Roche şirkətindən 30 milyon rubl mənimsəməkdə ittiham olunurlar. Navalny cümə günü məhkəmədə son sözünü deyəndə bildirdi ki, ittihamın siyasi motivləri var. O dedi ki,Rusiyada hakimiyyəti zəbt edənlərlə mübarizəsini davam etdirəcək. Məhkəmənin qərarı yanvarın 15-də verilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG