Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:56

Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat üçün ayrılan müddət başa çatıb


Arxiv foto

Arxiv foto

Azərbaycanda bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparılması üçün ayrılan müddət başa çatıb.

Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparılması üçün ayrılmış müddət bu gün saat 8:00-da başa çatıb.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 75.2 maddəsinə əsasən seçkiqabağı təşviqat aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış başa çatır.

Mərkəzi Seçki Komissiyası tərəfindən 23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparılması noyabrın 30-da başlanıb, dekabrın 22-də saat 8:00-da başa çatıb.

Seçkiqabağı təşviqat kampaniyası qeydə alınmış namizədlər, onların vəkil təyin edilmiş şəxsləri, səlahiyyətli nümayəndələri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən aparılır.

Qeyd edək ki, Seçki Məcəlləsinin 8.2. maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Seçki Məcəlləsinin bu tələbinə əsasən dekabrın 23-də Azərbaycan ərazisində qeyri-iş günü olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG