Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:11

İordaniya qətlə görə ölüm hökmünə məhkum edilmiş 11 nəfəri edam edərək, ən yüksək cəzanın icrasına qoyulmuş 8 illik moratoriumu dayandırıb.

Daxili İşlər Nazirliyi edamların səhərin erkən saatlarında icra olunduğunu təsdiq edib.

İordaniya hakimityyət orqanları ölüm hökmünə 2006-cı ildə qoyduqları moratoriumu pozmalarının səbəbini açıqlamayıblar.

Daxili işlər naziri Hussein Majali bu yaxınlarda bəyan etmişdi ki, ictimaiyyət ölüm hökmlərinin icra olunmadığına görə cinayətkarlığın artmasından şikayət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG