Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:44

Pakistanda məktəb qətliamının ardınca 4 məhbus da edam edildi


Peşəvar məktəbinə basqında 132 şagird öldürülüb.

Peşəvar məktəbinə basqında 132 şagird öldürülüb.

Pakistanda Peşavər məktəbində törədilmiş qətliamın ardınca daha dörd məhbus asılaraq edam olunub.

Bu şəxslər vaxtilə prezident Pervez Musharraf-ə sui-qəsdə görə ölümə məhkum edilsələr də edam edilməmişdilər. Hökmün icrası 2003-cü ildən indiyədək dondurulmuşdu.

Edam olunanlardan biri Pakistan-Rusiya ikili vətandaşlığına malik idi. Əxlaq Əxlasın anası rus, atası pakistanlıdır.

Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, edamı təxirə saldırmağa çalışsa da, buna nail ola bilməyib.

Bundan əvvəl, ötən cümə Pakistan iki məhbusu edam etmişdi.

Bir çox beynəlxalq təhliçilər bu edamların dekabrın 16-da Peşəvar məktəbində öldürülmüş 132 şagird üçün qisas olduğunu bildirirlər. Talibanın məktəbə basqını zamanı ümumilikdə 142 nəfər qətliam edilib.

Beləliklə, Pakistan 2008-ci ildən bəri ölüm hökmlərinin icrasına qoyduğu moratoriumu, BMT-nin israrlı çağırışlarına baxmayaraq qaldırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG