Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:07

Fransa polisi “Allahu-əkbər” deyib hücum edəni güllələdi


Mərkəzi Fransada polis ərəbcə “Allahu-əkbər” qışqıra-qışqıra ona bıçaqla hücum çəkəni tapançadan atəş açaraq öldürüb.

Fransa mediası xəbər verir ki, bu şəxs öldürülməzdən əvvəl Ju-le-Turs polis məntəqəsində üç polis zabitinə xəsarət yetirib.

Hücum edən Burundi əsilli Fransa vətəndaşı imiş və əvvəllər məhkum olub.

AFP xəbər verir ki, hadisə yerinə antiterror müstəntiqləri göndərilib.

Öldürülən şəxsin əlində uzun mətbəx bıçağı olduğu xəbər verilir.

Fransa Polis Həmkarlar İttifaqından Christophe Crepin deyib kİ, bu adam qapını bərk-bərk döyürmüş və polislər qapını açanda onların üzərinə hücum edib.

Cənab Crepin deyib kİ, polislərdən biri əlindən, digəri isə üzündən və boynundan xəsarət alıb.

Müstəntiqlər hazırda bu şəxsin hərəkətlərinin dini radikallaşma ilə bağlı olub-olmadığını araşdırırlar.

Bəzi məlumatlarda onun qardaşının Suriyaya gedərək cihadçılara qoşulmaq niyyətində olduğu bildirlir.

2012-ci ildə Fransa islamçısı Mohammed Merah Tuluz şəhərində 7 nəfəri qətlə yetirmişdi.

Onun özü isə evində 32 saatlıq silahlı müqavimətdən sonra öldürülmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG