Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:51

Rusiya vətəndaşı Pakistanda edam olundu


Rusiya vətəndaşı Akhlas Akhlak Pakistanda keçmiş prezident Parviz Musharraf-ə sui-qəsd cəhdinə görə dekabrın 21-də edam olunub.

Bu məlumatı Rusiyanın Pakistandakı səfirliyi verib.

Sui-qəsd cəhdi 2003-cü ildə olub. Ölüm hökmü 2005-ci ildə çıxarılıb. Akhlakdan başqa daha 3 pakistanlı da bu cinayət işi ilə bağlı məhkum olunmuşdu.

Atası pakistanl, anası rus olan Akhlak-ın 34 yaşı var idi. O,Rusiyada anadan olmuşdu. Pakistana2001-ci ildə gəlmişdi.

Pakistanda 2008-ci ildən ölüm cəzalarının icrasına moratorium var idi. Ancaq Pakistanda məktəbə terror hücumunda 148 uşağın ölümündən sonra ölüm cəzasının icrasına moratorium götürüldü.

XS
SM
MD
LG