Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:09

Neft naziri əmindir ki, qiymət qalxacaq


Səudiyyə Ərəbistanının Neft Naziri Ali al-Naimi qiymətlərin enməsində OPEC-ə üzv olmayan ölkələri günahlandırıb.

Abu Dabidə enerji forumunda çıxış edən nazir deyib ki, dünya bazarında neftin qiymətləri ilə spekulyasiyası edilib:

"Amma mən əminəm ki, bazarda qiymətlər qalxacaq"

Naimi neft bazarında baş verənlərdə Səudiyyə Ərəbistanının rolunun olmasını təkzib edib. O, bildirib ki, dünya bazarında baş verənlərin Səudiyyə Ərəbistana, eləcə də digər neft ölkələrinin iqtisadiyyatına təsiri var:

“Səudiyyə Ərəbistanı və digər Ərəbölkələri neft bazarında balans yaratmağa cəhd etdi, amma OPEC-ə daxil olmayan istehsalçı ölkələr, bazarda qiymətlərlə spekulyasiya, yanlış məlumatların yayılması neftin qiymətinin düşməsinə gətirib çıxardı”

Nazir Əmirliyin neft siyasətinin ciddi iqtisadiyyata əsaslandığını, bundan nə az, nə çox olduğunu bildirir:

"Səudiyyə Ərəbistanı hansısa siyasi danışıqlara getmir. Bu nə anlaşılandır və də başa düşülən".

Dünya bazarında neftin qiyməti iyundan bəri 50 faiz azalıb.

XS
SM
MD
LG