Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:24

Kuba ABŞ-a siqar satışından 200 milyon qazanacaq


ABŞ-ın Kubaya qarşı embarqosunun götürülməyi ilə Kuba ABŞ-a siqar satışından ildə 200 milyon dollar qazanmalıdır.

Reutersin məlumatına görə, tezliklə tətbiq olunacaq yeni qaydalara görə, ABŞ öz vətəndşalarına Kubaya səyahət etməyi də asanlaşdırcaq və amerikalılar geri qayıdanda özləri ilə 100 dollara qədər tütün məhsulu və spirtli içkilər alıb, gətirə bilər.

ABŞ-a keçən il317 milyon ən yüksək keyfiyyətli siqar idxal olunub.

Kuba siqarları bu bazarda Dominikan Respublikası və Nikaraqua siqarlarının kəskin rəqabəti ilə qarşılaşacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG