Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:26

2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 53,7 milyard manatlıq ümumi daxili məhsul (ÜMD) istehsal edilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faizi artım deməkdir.

Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. ÜDM əhalinin adambaşına həcmi 5 min 710 manatdır.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,5 faiz artıb və ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 57 faizdən 60 faizədək yüksəlib.

Neft-qaz hasilatı və emalı sahələrində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz az əlavə dəyər istehsal edilmişdir.

ÜDM 60 faizi istehsal sahələrində, 42,6 faizi sənayedə, 12,5 faizi tikintidə, 5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 32,5 faizi xidmət sahələrinin payına düşüb.

Xidmət sahələrindəki əlavə dəyərin 24,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 15 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5 faizi informasiya və rabitə xidmətləri sahələrində, 48,8 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlərin payına düşür.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG