Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:26

REAL hərəkatı Elmar Məmmədyarova müraciət edib.

Mürcaiətə səbəb dekabrın Avropa Şurası Nazirlər kabinetinin dekabrın 4-dəki qərarı və Səməd Seyidovun bu barədə dedikləridir.

Dekabrın 4-də 47 üzv dövlətin nazirləri adından cıxış edən Avropa Şurası Nazirlər Komitəsi REAL Hərəkatının sədri İlqar Məmmədovun sərbəst buraxılmağına dair qərar qəbul edib.

Bu qərarı şərh edərkən, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov deyib ki, insan haqları məsələsi hər hansı qurum, o cümlədən Avropa Şurası tərəfindən təzyiq vasitəsinə çevrilməməlidir:

“İlqar Məmmədovla bağlı bəyanatlar da bu baxımdan müstəsna deyil”.

REAL hərəkatı bununla bağlı Xarici İşlər Naziri Elmar Məmmədyarov müraciət edib. Müraciətdə deyilir:

“Bu rəsmi sorğumuzla nazirliyinizdən dəqiqləşdirmə istəyirik ki, Səməd Seyidovun dedikləri Azərbaycan dövlətinin həmin qərara münasibətdə rəsmi mövqeyini ifadə edir, yoxsa etmir?

Doğrudanmı REAL Hərəkatı sədrinin işi mövzusunda Azərbaycan Avropa Şurasının 47 üzv dövləti arasında təklənmiş və təzyiq altında olan bir vəziyyətdədir?”.

REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda etirazların təşkilində təqsirli bilinib, 7 illik həbs cəzası alıb. Müsavat başqanının müavini Tofiq Yaqublu da eyni ittihamla 5 il həbsə məhkum edilib. Onlardan başqa daha bir neçə nəfər həmin hadisələrə görə həbs olunub.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi sifariş sayır. Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 13-də İlqar Məmmədovun dərhal azadlığa buraxılması ilə bağlı qəti qərar çıxarıb. Qərarda ona təzminat ödənilməsi də tələb olunur. Həmin qərar üç ay içində icra edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG