Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:58

AFFA klubların appelyasiya şikayətlərinə baxıb


AFFA 2 klubun müraciətini rədd, 2-sini qismən təmin edib

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. İclasda komitəyə “Neftçi” PFK (Elnur Allahverdiyevin cəzasının yüngülləşdirilməsi), “İnter” PİK (Kaxaber Tsxadadzenin cəzasının ləğv olunması), “Araz-Naxçıvan” (Rəcəb Fərəczadənin cəzasının yüngülləşdirilməsi) və “Fənər” Klublarının (Dmitri Komenko və Yevgeni Valenkonun cəzalarının yüngülləşdirilməsi) müraciətlərə baxılıb.

AFFA-nın yaydığı məlumata görə, müzakirələrdən sonra “Neftçi” PFK və “İnter” PİK-lə bağlı AFFA-nın İntizam Komitəsinin qərarları qüvvədə saxlanıb.

“Araz-Naxçıvan”nın futbolçusu Rəcəb Fərəczadə və Fənər” futzal komandasının futbolçusu Dmitri Komenko barədə qərarsa qismən dəyişdirilib. Qərara görə, futbolçular intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılacaq, digər 2 oyunluq cəzadan 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunurlar. Sınaq müddətində onlar eyni hərəkətləri təkrarlayarsa intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.

“Fənər” futzal komandasının futbolçusu Yevgeni Valenko barədə də qərar qismən dəyişdirilib. Y.Valenko 2 oyunluq kənarlaşdırılmasına, digər 1 oyunluq cəzadan 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunmasına qərar verilib. O da eyni səhvləri yenidən təkrarlasa cəzası hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG