Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:56

Hindistanın cənub-şərqindəki partlayışda 3 nəfər ölüb

Dekabrın 21-də Hindistanın cənub-şərqində Manipur vilayətinin paytaxtı İmpalda əldəqayırma bomba partladılıb. Avtobus dayanacağı stansiyasına yerləşdirilən bombanın partlaması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Polis rəis İbomcha Singh bildirir ki, ölənlər stansiyanın işçiləri olub. Yaralananlar xəstəxanaya yerləşdirilib.

Hələki hər hansı qruplaşma partlayışın məsuliyyətini öz üzərinə götürməyib.

Manipur vilayətində azı 17 separatist qruplaşma var. Onlar tez-tez hökumət qüvvələrinə hücumlar təşkil edir.

Onların Manipur vilayəti üçün muxtariyyət və xalqlarının müstəqilliyini tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG