Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:01

Məmməd İsmayıldan yeni şeirlər, Modianodan yeni tərcümə


-

“Yazı” ədəbiyyat dərgisinin 12-ci sayı işıq üzü görüb.

Dərginin ilk bölümü yazıçı Rafiq Tağının qətlinin 3-cü ildönümünə həsr olunub.

“Sözümüzün yiyələri” rubrikasında şair Məmməd İsmayılın yeni şeirləri yer alıb.

“Bir kitab şeir”də oxucular Elnaz Eyvazlının, poeziya bölümündə isə Esmira Məhiqizı, Alik Əlioğlu, Sara Selcan, Əzimzadə, Bəxtiyar Hidayət, Sevinc Elsevər, Gülnar Səma, Ayaz Arabaçı, Nəriman Tolişi, İntiqam Yaşarın şeirlərini oxuya biləcəklər.

Nəsr bölümündəAzər Abdulla, Yaşar Bünyad, Narçngül, Günay Səma Şirvanlı, Sabir Zöhramlı və Elkin Kərimlinin hekayələri, Kənan Hacının “Fironun dəftəri” romanının davamı, Azad Qaradərəlinin “Cülyettanın sağ döşünə toxunmaq” romanının sonu verilib.

Çevirmə başlığında bu ilin Nobel ödülçüsü Patrik Modianonun “Kimiliyi bilinməyən qadınlar” romanı, Mixail Nuaymənin “Mitrdadın kitabı” romanının davamı, A.Çexovun,İ.Turgenevin, Alber Kamyunun,Ahmet Yıldızın, Melisa Gülpinarlının yazılar dərc olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG