Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:49

Şahin Mustafayev Hacıqabulda vətəndaşları qəbul edib


Şahin Mustafayev Şirvanda - 20 aprel 2013

Şahin Mustafayev Şirvanda - 20 aprel 2013

-

Dekabrın 20-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Hacıqabulda 40-dək vətəndaşı qəbul edib.

Nazirin qəbuluna Hacıqabulla yanaşı, Şirvan, Sabirabad və digər rayonlardan vətəndaşlar düşüb.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət sahələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər. Bəzi müraciətlər elə orada həll olunub.

Şahin Mustafayev digər məsələlərin operativ araşdırılması və qanunvericiliyә uyğun hәlli üçün nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә tapşırıqlar verib.

Qəbula heyvandarlıq, əkinçilik, bağçılıq, çörək istehsalı, turizm, tikinti materiallarının istehsalı, tikişçilik, mebel istehsalı və s. sahələr üzrə təkliflərlə də qatılanlar olub.

Ş.Mustafayev müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsinin diqqətdə saxlanacağını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG