Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:58

-

«ABŞ-ın Azərbaycandakı səfirliyi mətbuatda ABŞ-ın gələn ilki seçkilərə dair guya planlaşdırdığı siyasəti barədə dərc edilən anonim iddialardan agahdır. Sözügedən məqalələr həqiqətə qətiyyən uyğun deyil».

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin dekabrın 19-da yaydığı məlumatda deyilir. Məlumatda ABŞ-ın Azərbaycan hökuməti və xalqı ilə əməkdaşlıq niyyəti bildirilir:

«Müvəqqəti işlər vəkili Derek Hogan həqiqətən siyasi partiyaların baxışlarını daha yaxşı anlamaq məqsədilə bir sıra partiyalarla görüşlər keçirib. Müstəqil, suveren və demokratik dövlət kimi Azərbaycanın inkişafına təkan verən Amerika Birləşmiş Ştatları heç bir seçki prosesinə öncədən qiymət vermək və ya təsir göstərmək niyyətində deyil. Biz Azərbaycan hökuməti və xalqı ilə müxtəlif səpkidə əməkdaşlıq etmək ümidindəyik».

«Yeni Müsavat» qəzetinin 19 dekabr sayında «ABŞ Bakıdakı taktikasını dəyişir» adlı yazı dərc olunub. Məqalədə diplomatik mənbələrdən daxil olan məlumatlara əsaslanaraq yazılır ki, «2015-ci il parlament seçkilərinə ABŞ xüsusi ssenari ilə hazırlaşır. Milli Məclisin indiki siyasi vitrinindən narazı olan Qərb parlamentdə hakim partiya ilə yanaşı, orada başqa müxalif fraksiyaların olmasını istəyir».

«Amerikanın yeni səfirinin üzərinə qoyulan funksiya dağınıq olan demokratik düşərgəni toparlamaqdır. İddialara görə, Qərb bu seçkilərdə iqtidarla hər-hansı məhbusla bağlı «bazarlaşmaya» getməyəcək... Səfir əvəzi müxalifətlə nələri müzakirə edib?» - məqalədə bildirilir.

ABŞ səfirliyi bu yazıyla bağlı onlardan hər hansı münasibət öyrənilmədiyini bildirir və yazılanları təkzib edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG