Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:08

-

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. APA-nın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» qanuna təklif olunan dəyişikliklər hərbi uçot və qeydiyyatın daha da təkmilləşdirilməsi məqsədi daşıyır.

Layihəni şərh edən Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin sektor müdiri Sərdar Məmmədov bildirib ki, qanunun yeni redaksiyada verilən 2.0.5-ci maddəsinə əsasən hərbi qeydiyyat – Azərbaycan Silahlı Qüvvələrini və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır.

Yeni qanun hərbi qeydiyyata götürülməli olmayanlar, həmçinin dinc dövrdə və müharibə dövründə həqiqi hərbi xidmətə yararsız hesab edilənlər barədə müddəaları da özündə ehtiva edir.

«Hərbi vəzifə və hərbi xidmət haqqında» qanuna əlavə edilən 28.6-cı maddəyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə həqiqi hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.

Müzakirələrin yekununda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG