Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:37

Yeni əfv siyahısında kimlərin adı var?


Foto: Arxiv
Foto: Arxiv

-

Gözlə

No media source currently available

0:00 0:02:44 0:00
Direct-ə keçid

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində əfv olunacaq şəxslərin siyahısı hazırlanır.

Bunu AzadlıqRadiosuna İnsan Hüquqları üzrə Birgə Qrupun təmsilçisi Novella Cəfəroğlu deyib.

Onun bildirdiyinə görə, son siyahı dekabrın 23-də razılaşdırılacaq:

«Hələ dəqiq deyə bilmərəm həmin siyahıda kimlər olacaq. Bütün bunlar Birgə Qrupun iclasında müzakirə olunacaq və yekun siyahı prezidentə göndəriləcək».

Birgə Qrupa Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovla Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sədrlik edir. Deputat Əli Hüseynli, vətəndaş cəmiyyətindən Əliməmməd Nuriyev, Mirvari Qəhrəmanlı, Eldar Zeynalov, Sahib Məmmədov, Novella Cəfəroğlu, Arzu Abdullayeva və Səadət Bənəniyarlı da qrupda təmsil olunurlar.

XS
SM
MD
LG