Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:31

Azərbaycanda kök hüceyrələrin transplantasiyasına icazə verilə bilər


Foto: Arxiv

Foto: Arxiv

-

Milli Məclisin Sosial siyasət komitəsinin dekabrın 19-da keçirilən iclasında Azərbaycanda insanın kök hüceyrələrinin transplantasiyası ilə bağlı qanun layihəsinin hazırlanması təklif olunub.

apa-nın məlumatına görə, deputat Musa Quliyev bildirib ki, bu məsələnin qanunvericilikdə hələ də təsbit olunmaması Azərbaycanda bir sıra problemlərə yol açıb:

«Biz orqan transplantasiyası, dağınız skleroz ilə bağlı qanunvericilikdə yeniliklər qəbul etdik. Amma insanda kök hüceyrələrinin köçürülməsi qanunda yer almadığından, buna icazə verilmədiyindən ciddi problemlər yaşanır. Məsələn, bunun icazəli olduğu ölkələrdə - Türkiyədə, İranda qanuni şəkildə kök hüceyrələrini Azərbaycana gətirmək istəyən onu gömrükdən keçirə bilmir, nəticədə qaçaqmalçılıq baş verir. Ona görə də biz təxirə salınmadan bunu qanunvericiliyimizdə qeyd etməliyik ki, Azərbaycanda buna rəsmi icazə verilsin».

Komitə üzvləri də təklifi dəstəkləyib və növbəti sessiyada bununla bağlı layihənin hazırlanması nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG