Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:27

Lavrov deyir ki, ABŞ-Rusiya münasibətləri uzun müddət korlana bilər


Sergei Lavrov

Sergei Lavrov

Rusiya bəyan edib ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul etməsi Rusiya-ABŞ münasibətlərinə uzunmüddətli ziyan vura bilər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 18-də ABŞ Dövlət katibi John Kerry ilə telefon söhbətində deyib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov deyib ki, ABŞ-ın Ukraynaya Dəstək Qanunu qəbul etməsi iki ölkə arasındakı münasibətləri uzun müddət korlaya bilər.

ABŞ prezidenti Barack Obama dekabrın 18-də Ukraynaya Dəstək Qanununu təstiqləyib.

Amma bu qanunda Rusiyaya qarşı nəzərdə tutulan sanksiyalar hələlik tətbiq edilməyəcək.

Qanunda Rusiyayanın müdafiə və enerji sektorlarına qarşı sərt sanksiyalar tətbiq edilməsi nəzərdə tutulur.

ABŞ Dövlət Kativi John Kerri bu həftə bildirib ki, əgər Rusiya Ukraynaya qarşı davranışını dəyişsə Birləşmiş Ştatlar ona qarşı sanksiyaları tezliklə aradan qaldıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG