Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:05

Rəsul Cəfərov ev dustaqlığına buraxılmadı


Hüquq müdafiəçisi Rəsul Cəfərov

Hüquq müdafiəçisi Rəsul Cəfərov

Dekabrın 19-da hüquq müdafiəçisi Rəsul Cəfərovun Nəsimi Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Nəsimi rayon məhkəməsi R. Cəfərovu ev dustaqlığına buraxmamışdı. Apellyasiya məhkəməsi də Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Hüquq müdafiəçisinin vəkili Fariz Namazlı AzadlıqRadiosuna müsahibəsində deyib ki, müvəkkilinin ev dustaqlığına buraxılmasına mane olan bütün məsələlər artıq aradan qalxıb:

«İş üzrə istintaq artıq yekunlaşıb. Rəsul Cəfərov həbs olunarkən istintaq orqanının gətirdiyi ehtimallar - onun istintaqdan qaçıb gizlənməsi, sübutları saxtalaşdırması, proses iştirakçılarına təsir etməsi ehtimalları tamamilə aradan qalxıb. Artıq işlə tanışlıq mərhələsidir. Rəsul Cəfərovun daimi yaşayış yeri var və bundan əvvəl də istintaqdan yayınmayıb. Buna görə də onun həbsdə saxlanılmasına bir əsas qalmayıb».

Rəsul Cəfərov avqustun 2-də saxlanılıb. Ona vergidənyayınma, səlahiyyət həddini aşma və qanunsuz sahibkarlıq ittihamı irəli sürülüb. Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarıb. İstintaq başa çatmadığından onun həbs müddəti daha 3 ay uzadılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG