Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:28

-

Yeni Azərbaycan Partiyasından namizədliyini verənlərdən biri, ixtisasca həkim Aynur Abdullayeva deyir ki, bu seçkilərdə əhalinin bələdiyyəyə bir həkim seçəcəyinə ümid edir:

«DÜŞÜNÜRƏM Kİ, BƏLƏDİYYƏYƏ BİR HƏKİM LAZIMDIR»

«İlk olaraq YAP-a müraciət elədim və qəbul elədilər. Namizədliyimi irəli sürdüm. İnşallah seçilərəm. Yəqin ki, sədr yox üzv seçilərəm. Düşünürəm ki, bələdiyyəyə bir həkim lazımdır. Əhalinin sağlamlığının qorunması ilə bağlı bir sıra islahatlarım var. Əhalinin psixoloji dəstəyə ehtiyacı var. İddiam bu sahədə olacaq. İlk olaraq istəyirəm psixologiya mövzusunda konfrans keçirilsin. Xaricdən təcrübəli psixoloqlar gətirilsin. Və ailələrə psixloji yardımlar göstərilsin».

Məntəqələrin qarşısında seçici siyahıları və məlumat braşuraları vurulub. Bundan başqa təbliğat lövhəsində namizədlərin şəkilləri yerləşdirilib. Namizədliyini Ümid Partiyasından irəli sürən Emin Abbasov isə seçkilərin təşkilindən və təbliğat üçün yaradılmış imkanlardan narazılıq edir. Bildirir ki, seçkilər formal olaraq keçirilir:

«GECƏ SAATLARINDA ŞƏKİLLƏRİMİZİ QOPARDIRLAR»

«Mən Ümid partiyasının Gəncə şəhər şöbəsinin sədr müaviniyəm. Öz təşəbbüsümlə vermişəm. Ancaq partiya üzvlüyüm də göstərilir. Mənim istəyirəm ki, üzv olum. Demokratik islahatlar aparım və bələdiyyələrin yerli özünü idarəetmə orqanı kimi fəaliyyətini gücləndirək. Məsələn qardaş Türkiyədə, Qərbi Avropada olduğu kimi. Xalq tərəfindən seçilsin. İstər şəhər valiləri istər də bələdiyyələri.

Emin Abbasov

Emin Abbasov

İmza toplamada çox çətinliklər çəkirdik. Baxmayaraq ki, təzyiqə məruz qalmamışıq. Vətəndaşlar bələdiyyənin nə olduğundan məlumatsızdırlar. Sosial şəbəkələrdə öz kompaniyamı aparıram. Şəkillər ancaq məntəqələrin qabağındakı təbliğat stendlərindədir. Küçələrdə bir neçə yerdə vurmuşduq. Gecə saatlarında hakimiyyət nümayəndələri şəkillərimizi qopardırlar».

Gənc namizəd Emin Abbasov namizədlərə efir vasitəsilə təbliğat aparmağa da şərait yaradılmadığından danışır:

«SADƏCƏ FORMAL BİR SEÇKİDİR»

«Efir vaxtı yoxdur. Heç hakim partiyanın, yəni YAP-ın da üzvlərinin təbliğatı ilə bağlı görüntülər yoxdur. Belə çıxır ki, hakimiyyət özü maraqlı deyil seçkilərdə. Sadəcə formal bir seçkidir. 19 namizədin şəkli balaca bir stendə sığışdırılıb. Yaxınlaşmasalar bilmək olmaz ki, kimdir namizədlər».

Emin Abbasov təbliğat üçün cəmi 22 şəkil nəşr elətdirə bildiyini deyir. Əlavə edir ki, namizədlər keyfiyyətli və kifayət qədər çox materiallar hazırlamalıdırlar. Lakin lazımi vəsait olmadığından nə braşuralar nə də təbliğat şəkillərini nəşr etdirmək mümkün olub:

«CƏMİ 22 ŞƏKİL DƏRC ETDİRƏ BİLMİŞƏM»

«Dövlət tərəfindən maliyyə ayrılmır. Bu da namizədin çətinliklərlə üzləşməsinə səbəb olur. Cəmi 22 şəkil dərc etdirə bilmişəm».

Dairə Komissiyalarından verilən məlumatda da namizədlər üçün yaradılan şəraitlər arasında efir vaxtı barədə məlumat verilmir. Bildirilir ki, namizədlərin seçicilərlə görüşü üçün qapalı yer olan Gəncə Dövlət dram Tetatrında, açıq ərazi olan Gəncə Novruz meydanında görüş üçün imkanlar yaradılıb.

«NAMİZƏDLƏRİN HAMISINA EYNİ QAYDADA YERLƏR AYIRILIB»

Rəfael Xəlilov

Rəfael Xəlilov

38 saylı Nizami 2-ci seçki dairəsinin sədri Rafael Xəlilov deyir ki, onlarda 52 nəfər müxtəlif partiya və bitərəflərdən ibarət namizədlər qeydiyyatdan keçib:

«Bitərəflər 17 nəfərdir. Digərləri isə partiyalardandır. Əksəriyyəti gənclərdir. Namizədlərin hamısına eyni qaydada yerlər ayırılıb. Qapalı və açıq yerlər ki, namizədlər seçicilərlə görüşə bilsin».

Şəhər sakinlərindən əksəriyyəti isə sadəcə seyriçi mövqey tutublar. Bələdiyyə seçkiləri barədə məlumatsız olduqlarını deyirlər.

«Prezident seçkilərində namizədlər danışırdılar, danışıq qabiliyyətlərini bilirdik, amma indi...»

«BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ SƏS VERMƏMİŞƏM. BƏLƏDİYYƏLƏR NƏ İŞ GÖRÜR BİLMİRƏM?»

«Əslində bələdiyyələr yerli özünüidarəetmədir. Ancaq onlara bu səlahiyyətlərə verilmir. Seçkilər keçirilir, eşitmişəm, amma çıxış eləmirlər. Prezident seçkilərində namizədlər danışırdılar, danışıq qabiliyyətlərini bilirdik, amma indi yoxdur».

Gəncədə ümumilikdə bələdiyyə seçkilərində 2 dairə üzrə 106 nəfər namizədliyini verib. Onlardan 19 nəfəri YAP dan, 5 nəfəri Ümid Partiyasından, 2 nəfəri KXCP dən, 2 nəfər isə Ana Vətən Partiyasındandır. Digərləri bitərəf kimi qeydiyyata alınıb.

XS
SM
MD
LG