Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:52

Səudiyyə Ərəbistanı neft istehsalını azaltmaq fikrini rədd edir


Səudiyyə Ərəbistanı bildirir ki,neftin qiymətini düşməkdən saxlamaq üçün neft istehsalını azaltmaq imkanı yoxdur.

Neft naziri Ali al-Nuaimi deyib ki, Səudiyyə Ərəbistanı və ya hər hansı bir OPEK üzvü itehsalıazaltsa, onun bazarda payı azalacaq, ona görə bu ölkələrin istehsalı azaltması çətindir və hətta mümkün deyil.

Nazir neftin qiymətinin düşməsində siyasi amillərin olmasını da inkar edir.

Dünyadakı neftin 30 faizini OPEK verir.

Dekabrın 18-də Brent markalı neftin qiyməti 63 dollar olub.

XS
SM
MD
LG