Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:38

Avropa Məhkəməsi keçmiş polis rəisinin xeyrinə qərar çıxarıb


Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi

-

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gəncənin keçmiş polis rəisi Natiq Əfəndiyevin xeyrinə qərar çıxarıb.

AİHM-nin saytında yerləşdirilən məlumata görə, qurum Natiq Əfəndiyevin «ədalətli məhkəmə araşdırması» hüququnun pozulduğu qənaətinə gəlib.

Məhkəmənin qərarı ilə Azərbaycan hökuməti Natiq Əfəndiyevə 4 min 500 avro kompensasiya ödəməlidir.

Natiq Əfəndiyev 1994-cü il Gəncə hadisələri ilə bağlı dövlət çevrilişinə cəhd ittihamı ilə 2000-ci ildə həbs edilmişdi. Ömürlük həbs cəzası alan keçmiş polis rəisi 2005-ci ildə əfv olunmuşdu. Bundan bir neçə ay sonra, parlament seçkiləri ərəfəsində qanunsuz silah saxlama ittihamı ilə 5 il həbs cəzası almışdı. Həmin vaxt ADP üzvü olan Natiq Əfəndiyev Rəsul Quliyevin Azərbaycana qayıtmasının tərəfdarı idi. O, haqqında çıxarılan son hökmlə bağlı AİHM-ə şikayət etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG