Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:28

ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tom Malinowski AzadlıqRadiosunun rusdilli Nastoyasheye Vremya televiziya proqramına deyib ki, "Biz Azərbaycan hakimiyyətinə birmənalı şəkildə çatdırmışıq ki, Azadliq Radiosunun jurnasliti də daxil olmaqla tutulanların azad olunmasını görmək istəyirik."

"Hazırda biz Azərbaycanın yüksək rəhbərliyi səviyyəsində ciddi müzakirələr aparırıq. Onlar başa düşürlər ki, vətəndaş cəmiyyətini boğmaqla müstəqillik qazanandan bəri mövcud olan ABŞ-Azərbaycan münasibətlərini təhlükəyə qoyurlar."

"Son aylarda Azərbaycanda baş verənləri başa düşmək ABŞ-a çox çətindir. Bu addımlar bizim münasibətləri sual altına qoyur. Hazırda biz Azərbaycan hakmiyyəti ilə müzakirələrdə onlara bunu imkan daxilində aydın çatdırmağa cəhd edirik."

"Növbəti addımın necə olacağı məsələsi Azərbaycan hakimiyyətinin əlindədir".

Günün bütün mövzuları

XS
SM
MD
LG