Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:49

-

Azərbaycanda yeni mədəniyyət portalı açıldı: Fraqment.Az

Bu barədə OxuZalına yeni saytın təsisçi və baş redaktoru Elmin Bədəlov məlumat verib.

Onun sözlərinə görə, bu mədəniyyət portalı fərqli olacaq:

“Mədəniyyət xəbərləri ilə yanaşı ölkədə baş verən sosial və digər xəbərlər, gənc yazarların yazıları da saytımızda yer alacaq”.

Saytda teatrların afişaları, dünya mədəniyyətindən tərcümələr, müsahibələr, foto-reportaj layihələr də yer alacaq.

Eyni zamanda Fraqment.Az-ın təqdimatında qısametrajlı rolik və filmlər də çəkiləcək.

Mədəniyyət portalı eyni zamanda ölkənin yeganə müstəqil teatrı olan “Oda” Teatrının informasiya dəstəkçisi olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG