Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:40

Prezidentə sui-qəsd haqda filmi göstərməyə qoymadılar


"İntervyu" filminin posteri.2014

"İntervyu" filminin posteri.2014

-

Bəzi Hollivud ulduzları "Sony Pictures" kinoşirkətini "İntervyu" filminin nümayişindən imtina etdiyinə görə tənqid ediblər.

Kinoşirkət bu qərarını onunla əsaslandırmağa çalışıb ki, İnternetdə, filmin nümayiş olunacağı kinoteatrlarda terror aktı törədiləcəyi ilə bağlı hədələr yayılıb.

Aktyorlardan Ben Stiller, Stiv Kerell, Rob Lou, produser və rejissor Cud Apatou, teleaparıcı Cimmi Kimmel Tvitterdəki mesajlarında Sony Pictures-in qərarını qorxaqlıq adlandırıblar.

Bu komediyada teleaparıcı və onun produserinin gizli planından bəhs edilir.

Onlar "ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırığı ilə" Şimali Koreya lideri Kim Çen Ini aradan götürmək üçün onunla müsahibə təşkil etməyə çalışırlar.

"İntervyu" filminin treyleri


Filmdə baş rolları Ceyms Franko və Set Roqen ifa ediblər.

Amerika xüsusi xidmət orqanları hesab edir ki, bu yaxınlarda "Sony Pictures" şirkətinə qarşı həyata keçirilmiş genişmiqyaslı kiber hücumun arxasında məhz Şimali Koreya xakerləri dayanırlar.

Xakerlərin təzyiqi ilə filmin nümayişindən imtina Hollivud üçün görünməmiş hadisədir.

"Sony Pictures" kinoşirkəti filmi videodisk şəklində buraxmaqdan da imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG