Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:12

Rusiya prezidenti Vladimir Putin Qərbi virtual Berlin divarı yaratmaqda ittiham edib. O, rusiyalılara söz verir ki. iqtisadiyyat bərpa olunacaq. İllik çox saatlıq mətbuat konfransı keçirən Putin iqtisadiyyatın bərpasının qaçılmaz olduğunu bəyan edir.

O bunun 2 il ərzində baş verəcəyini deyir.

Kremldə yüzlərlə jurnalistin sualına cavab verən Putin deyib ki, Rusiyanın maliyyə çətinlikləri xarici amillərlə yaranıb. Bunlara neftin qiymətinin düşməyi də daxildir. Putin iqtisadiyyatı şaxələndirməyi düşünür.

Mətbuat konfransında agressiv dildən istifadə edən Putin Moskva ilə Qərbin qarşıdurmasında ABŞ və Avropa Birliyini təcavüzkar, Ukraynanı isə bu ölkəkədi münaqişənin günahkarı adalndırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG