Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:09

Mələklərin yerini soruşdum hər ötüb keçəndən...


Kamal Azər
Kamal Azər

-

Kamal Azər

HİSSLƏR DANIŞANDA...

Mənə qələm verin, gecə şeir yazacam

Gecədən, səssizlikdən...

Mürəkkəb qurtarsa da, öz qanımla yazacam.

Sevgidən, sənsizlikdən..

Kağız da yoxdur artıq, divarlara yazıram.

Bu hislərin əlindən...

getmək də olmur artıq.

Qaçmaq olmur bu diyardan

Insanların ahından, kor olmuş bu zamandan

Getmək də olmur heç.

Baş götürüb qaçmaq, uzaqlaşmaq hər şeydən

Boş boş hislərdən, anlamsız sevgilərdən...

Qaçmaq da olmur zamanın həvəssiz gərdişindən.

Bacarmadım getməyi, hələ də sizinləyəm

Getmədim.. hələ də səninləyəm...

Imkansız arzuların keşiyində, sənsiz həyatın ağuşunda

Bir yunus olub göylərə uçmaq,

Ya da sənsiz olub ölümə qaçmaq..

Deyilmi tək qismətim?

Ya da bir damla olub közərməyən od üstə

Yağış kimi rəqs etmək, ona meydan oxumaq

Deyilmi tək bacarığım?

Ya da hər gecə səni düşünüb yatmaq,

Bəlkə yuxuma girər deyə, görmək umidiylə

Ümidsiz xəyal qurmaq... Deyilmi tək amalım?

Bağışla. Bu gecə unutdum səni...

Səni düşünməyə vaxtım olmadı heç bu gecə

Düşdüm xəyalımın arxasıyca göylərə

Birdən səni röyamda görmərəm deyə

Göylərdə axtardım səni.

Mələklərin yerini soruşdum hər ötüb keçəndən,

Buludların arasında axtardım hey səni

Tapmadım səni gizləndiyin yerdə...

Mələklər görünürmü bilməyirdim heç..

Yuxularda rastlaşmışdım bəlkə də mən səninlə.

Qanadın olduğunu zənn etmədim hec

Xəyallara daldım qanadsız bir mələklə..

Gözlərində itmək,

Baxışlarına gedən yolda bir yuva qurmaq,

Gülüşünə gömülmək,

Yollarına nur saçmaq..

Oldu tək məqsədim, tək amalım sən....

Bil ki, sonsuzadək ürəyimdə sənsən.

Getmə heç zaman, yanımda ol sən

Bacarmıram.. hisslərimi sözlə deyə bilmirəm

Bu şeirin qismətinə sən

Nurla yazılmısan, sən ki bunu bilirsən..

Bacarırsan get. Unutdur özünü bir dəfəlik həm

Yandır bütün başlamamış xatirələri.

Bizim hələ yaşanacaq gör illərimiz var..

Hamısına göz yum məhv elə birdəfəlik sən.

Ya yandır kainatı məhv elə bu dünyanı.

Ya uçur bu zamanı yox et bu həyatı.

Aldın ağlımı məndən yaşatma artıq məni sən

Susdur yas saxlamış qəlbimin harayını

Bacarsan yox et bu şeirin ahını...

Sevmək deyilmi qismətimizə yazılan bir alın yazı?

Ya da o yazıda qeyb olmaq...

Mənə qışı gətirdin, apardın yazı

Heyif deyilmi baharda aşiq olmaq?

Azər susur artıq yollar kağız, göz yaşım qələm

Ayağımın ləpirləri o yazıdakı suallar

Sənə çıxır getdiyim bütün yollar

Sən varsan, həyat var.

Sən varsan, cənnət də var.

Sənin gülüşün cənnət, təbəssümün həyat olsun mənə.

Onlarda qeyb olub gedim əbədiyyətə...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG