Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:34

Putin canlı yayımda bunları dedi


Dekabrın 18-də Rusiya prezidenti Vladimir Putin ənənəvi canlı mətbuat konfransı keçirib.

Rusiya rublunun böhranı əsas müzakirə mövzularından biri idi.

AzadlıqRadiosu deyilənləri qısa şəkildə «twitter» canlı yayımında təqdim edir.

16:42 18.12.2014

Putin öz maaşını bilmir

Mətbuat konfransında Putin-dən soruşublar ki, «Rosneft»in prezidenti Sechin nə qədər maaş alır?

Putin cavab verib ki, o, Sechin-in maaşını bilmir, hətta özünün də maaşından xəbəri yoxdur:

«Sözün düzü, mən heç öz maaşımı da bilmirəm. Gətirirlər, yığıram, hesaba göndərirəm, hətta saymıram».

16:40 18.12.2014
16:38 18.12.2014

Putin Qərbi virtual «Berlin divarı» yaratmaqda ittiham edir

Vladimir Putin

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Qərbi virtual «Berlin divarı» yaratmaqda ittiham edib. O, rusiyalılara söz verir ki, iqtisadiyyat bərpa olunacaq.

İllik çox saatlıq mətbuat konfransı keçirən Putin iqtisadiyyatın bərpasının qaçılmaz olduğunu bəyan edir.

O, bunun 2 il ərzində baş verəcəyini deyir.

Kremldə yüzlərlə jurnalistin sualına cavab verən Putin deyib ki, Rusiyanın maliyyə çətinlikləri xarici amillərlə yaranıb. Bunlara neftin qiymətinin düşməyi də daxildir. Putin iqtisadiyyatı şaxələndirməyi düşünür.

Mətbuat konfransında aqressiv dildən istifadə edən Putin Moskva ilə Qərbin qarşıdurmasında ABŞ və Avropa Birliyini təcavüzkar, Ukraynanı isə bu ölkədəki münaqişənin günahkarı adlandırıb.

15:33 18.12.2014

Davamı

Günün bütün mövzuları

XS
SM
MD
LG