Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:43

Bakı Fond Birjasında dollar-rubl cütlüyü ilə əməliyyatlar məhdudlaşdırılıb


Arxiv foto

Arxiv foto

-

Bakı Fond Birjasında (BFB) dollar-rubl cütlüyü ilə əməliyyatlar məhdudlaşdırılıb.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, beynəlxalq bazarlarda ABŞ dolları - Rusiya rublu (USD-RUB) valyuta cütlüyünün aşağı likvidlik səbəbi ilə, bu törəmə valyuta aləti ilə marja ticarətini təşkil edən birjanın ticarət sistemində alış sifarişlərinin açılması məhdudlaşdırılıb.

Sözügedən valyuta cütlüyündə öncədən alış sifarişləri olan müştərilər bu əməliyyatları istənilən vaxt bağlaya bilərlər.

Məlumatda qeyd edilib ki, BFB-də USD-RUB valyuta cütlüyündə alış sifarişlərinin yenidən bərpası ilə bağlı tərəfimizdən əlavə olaraq açıqlama veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG